Another advertisement
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb. QafqazTürk.com xəbər verir ki, qurumdan verilən məlumata görə, sənədi AVF-nin prezidenti Şahin Bağırov və Azərbaycanda səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.
Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.