This is a specific ad

Gürcüstanda Hökumət Administrasiyasının təşkilatçılığı ilə 6-7 may tarixində Avropa günləri qeyd olunacaq

93

Another advertisement

Gürcüstanda Hökumət Administrasiyasının təşkilatçılığı ilə Avropa günləri qeyd olunur.

Gürcüstan Hökumət Administrasiyasdan məlumat verirlər ki, mayın 6-da və 7-də Orbeliani meydanında ispan və isveç axşamları təşkil olunacaq.

Tədbir çərçivəsində xüsusi tərtibatlı məkana gələn qonaqları müxtəlif maarifləndirici və əyləncəli tədbirlər və instalyasiyalar gözləyir.

Tədbir saat 17:00-da Orbelian meydanında başlayacaq.

Tədbir proqramı ilə sizi tanış edirik:

6 May – İspaniya günü

  • 17:00-20:00 – İspan kafesi – ənənəvi paella üzrə master-klass və dequstasiyası ;
  • Sangria üzrə master-klass və dequstasiya;
  • Koqnitiv qurğular; gül sərgisi və foto guşəsi;
  • Gitara ifa və rəqs performansı/master-klass;
  • Ənənəvi geyimlərin sərgisi ;
  • 20:00 – 21:00 – “Antonio Gades” şirkətinin çıxışı ;
  • Tamaşalardan flamenko xoreoqrafik səhnələri;
  • Fasilə zamanı xüsusi qonaq Gürcüstan Milli Baleti “Suxişvili”.

7 May – İsveç günü

  • 17:00-20:00 – isveçli aşpaz və Gürcüstan Masterchef mükafatının qalibi arasında koloborasiya;
  • Master-klass və dequstasiya; “Karlson” tamaşası ilə Kukla Teatrı;
  • İnteraktiv guşə “Pepinin Evi”;
  • İsveçli müəlliflərin kitablarının sərgisi və satışı;
  • İsveç kafeləri və koqnitiv qurğular;

19:00-19:30 – Müğənni Sofiya Karlsonun konserti;

19:30-20:45 – “Riltons Vaner” ansamblının konserti.

Sonrakı yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Öncəki yazı
Afrikada dəniz quldurları Gürcüstan vətəndaşlarını qaçırıblar