“Tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı sərtləşdirilmiş böyük sanksiyalar paketi hazırlayırıq”
QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb
Açıqlamasında Zelenski Ukraynanın prioritetlərini bəyan edib. Onun sözlərinə görə, hazırda Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalar mexanizmlərinin gücləndirilməsinə yönəlib.
“Mən həm bizim, həm də tərəfdaşlarımızın sanksiyalar rejimlərinin gücləndirilməsi ilə bağlı görüş keçirdim. Biz terrorçu dövlətlərin sanksiyalardan necə yan keçməyə çalışdığını diqqətlə izləyir, hər bir belə hərəkətin hesabatını aparır və bunun qarşısını almaq üçün tərəfdaşlarımızla işləyirik. Biz böyük sanksiyalar paketi hazırlayırıq”, – deyə Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, may ayı diplomatik görüşlər baxımından da yüklənmiş olacaq.
“Ukrayna üçün may və sonrakı aylar beynəlxalq sahədə aktiv olacaq. Bizim müdafiəmizi gücləndirəcək çoxlu danışıqlar, beynəlxalq tədbirlər həyata keçriləcək. Biz hər şey üzərində işləyirik.”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenski çıxışında Baxmut istiqamətini qoruyan hərbi hissələrə təşəkkür edib .