Türkiyənin Balıkesir və Bursa şəhərlərində mütəşəkkil cinayət qruplara qarşı “Mahzen-31” əməliyyatı keçirilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya şəxsi sosial şəbəkə hesabında yazıb.
Məlumata görə, əməliyyat zamanı İsmayıl Yavuz adlı şəxsin başçılıq etdiyi mütəşəkkil cinayət qrupu zərərsizləşdirilib. Qrup rəhbəri də daxil olmaqla, cinayətkar qrupun üzvü olan səkkiz şübhəli saxlanılıb.
Qrup üzvlərinin narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti, insanı azadlığından məhrum etmə, talançılıq və oğurluq, silahla təhdid və hücum, işgəncə vermə və digər bu qəbildən cinayətlər törətdiyi məlum olub.
Əməliyyat nəticəsində ov tüfəngləri, müxtəlif miqdarda narkotik vasitə və cinayətdə istifadə olunduğu müəyyən edilən çox sayda cib telefonu ələ keçirilib.
Balıkesir merkezli 2️⃣ ilde Jandarma tarafından düzenlenen “MAHZEN-31” operasyonlarında elebaşılığını İsmail Yavuz’un yaptığı Organize Suç Örgütü Çökertildi❗️
Operasyonlarda elebaşının da içerisinde bulunduğu organize suç örgütü üyesi 8️⃣ şüpheli yakalandı❗️
Aziz Milletimizin… pic.twitter.com/SWpF4FfvAs
— Ali Yerlikaya (@AliYerlikaya) April 23, 2024