This is a specific ad

Dövlət Təhlükəsizlik Xidməti mümkün terror hücumu ilə əlaqədar BƏYANAT YAYIR

97

Another advertisement

Dövlət Təhlükəsizlik Xidməti “Telegram” kanallarından birində terrorla əlaqədar məlumatların yayılması barədə bəyanat yayıb.

QafqazTürk.com xəbər verir ki, bəyanatda Tbilisi üzrə bütün təhsil və ticarət müəssisələrində axtarış tədbirlərinin davam etdirildiyi bildirilib.

“Cari ilin aprelin 21-də sosial şəbəkələrdə, xüsusən də “Telegram” kanallarının birində Tbilisi üzrə bütün təhsil müəssisələrində və ticarət mərkəzlərində partlayıcı qurğuların yerləşdirilməsi və mümkün terror hücumları təhlükəsi ilə əlaqədar yayılan məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti bölmələri tərəfindən gecə ərzində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində partlayıcı maddə və qurğu aşkar edilməyib. Bununla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bölməsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Cinayət
Sonrakı yazı
სახელმწიფო უსაფრთხოების სამსახური შესაძლო ტერაქტის შესახებ განცხადებას ავრცელებს
Öncəki yazı
“Rus qanununa yox!” – Bu gün də Rustaveli prospekti bağlandı