Gürcüstanın Daxili İşlər Nazirliyi dünənki aksiyada saxlanılmış şəxslərlə bağlı bəyanat yayır.
QafqazTürk.com xəbər verir ki,polis 4 nəfəri imzası əsasında sərbəst buraxıb, saxlanılan 10 nəfər isə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvəqqəti istintaq təcridxanasına aparılıb.
Məlumata görə,aksiyası zamanı aksiya iştirakçılarının öz etirazlarını dinc şəkildə ifadə etmələri və qanunla müəyyən edilmiş sərbəst toplaşma çərçivəsindən kənara çıxmamaları ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çoxsaylı çağırışlara baxmayaraq, aksiya iştirakçılarının bir hissəsi polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb, ictimai asayişi qorumaq üçün hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, onları sözlü təhqir edib, bunun əsasında da polis inzibati qaydada 14 nəfəri saxlayıb.
Saxlanılan şəxslər istintaq təcridxanasına daxil olan kimi həkimlər tərəfindən məxfi şəraitdə onların tibbi müayinəsi aparılıb və müvafiq sənədlər tərtib edilib. Saxlanılmış şəxslərin təcridxanada olduqları müddətdə əlavə tibbi yardıma ehtiyaclarının olmamasını qeyd etmək vacibdir.
Saxlanılmış bütün şəxslərin öz maraqlarını müdafiə edən vəkillərə, Xalq Müdafiəçisi İdarəsinin və Xüsusi İstintaq Xidmətinin nümayəndələrinə məhdudiyyətsiz çıxışı var.