Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.
QafqazTürk.com xəbər verir ki, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər.
Bununla yanaşı, məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək.
Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanunlayihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə bu gün parlamentin qarşısında etiraz aksiyalarını bərpa edəcəklərini bildiriblər.
Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.
Qeyd edək ki, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.