This is a specific ad

Bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək

52

Another advertisement

Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək.

QafqazTürk.com  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Nazir müavini deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.

Onun sözlərinə görə, proqramın iştirakçısı olmaq üçün qan testi, əlavə görüntüləmə tədqiqatları, kompüter tomoqrafiyası və skanlardan keçmək tələb olunur. Dərmanların təyin edilməsi üçün genetik test də tələb oluna bilər.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Prezident gənc aktivist Lazare Qriqoriadisi əfv edib
Öncəki yazı
Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə görə yenidən böyük yürüş planlaşdırılır