This is a specific ad

Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə görə yenidən böyük yürüş planlaşdırılır

49

Another advertisement

Gürcüstanın paytaxtı Tbilisidə müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar, tələbə hərəkatları və təşəbbüs qrupları aprelin 15-də böyük yürüş keçirməyi planlaşdırır.

QafqazTürk.com  xəbər verir ki, buna səbəb hakim “Gürcü Arzusu” partiyasının “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsidir.

Məlumat üçün qeyd edək ki, 2023-cü il martın 7-də Tbilisidə sözügedən qanun layihəsinə etiraz zamanı Gürcüstan vətəndaşı Lazare Qriqoriadis təhlükəsizlik qüvvələrinə iki dəfə “Molotov kokteyli” ataraq polis əməkdaşlarına hücum etdiyi üçün 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Qriqoriadis martın 9-na keçən gecə Gürcüstanın Daxili İşlər Nazirliyinə məxsus avtomobili qəsdən yandıraraq dövlət büdcəsinə 39,5 min lari (14,7 min dollar) məbləğində ziyan vurub.

Məhkumun ailəsi Prezident Salome Zurabişvilidən onu əfv etməyi xahiş edəcək.

Onu da bildirək ki, “Gürcü Arzusu” partiyası “Xarici agentlər haqqında” qanun layihəsini parlamentdə aprelin 15-də yenidən nəzərdən keçirəcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək
Öncəki yazı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın kansleri Olaf Şoltsla görüşüb