This is a specific ad

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın kansleri Olaf Şoltsla görüşüb

41

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın kansleri Olaf Şoltsla görüşüb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidmətinin məlumat yayır.                                              Almaniyanın Federal Kansler Sarayında keçirilən təkbətək görüşdə Gürcüstan və Almaniya arasında yüksək səviyyəli siyasi dialoq və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasının vurğulandığı deyilir.

“Baş nazir Avropaya inteqrasiya yolunda Gürcüstana göstərdiyi qəti dəstəyə görə federal kanslerə təşəkkür edib. Gürcüstan-Aİ münasibətlərində yeni mərhələ kimi Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsinin vacibliyi vurğulanıb.

Hökumət başçısı Gürcüstan hakimiyyətinin ölkənin Avropa seçiminə sadiqliyini bir daha təsdiqləyib və növbəti məqsədin Avropa İttifaqına daxil olmaqla bağlı danışıqlara başlamaq olduğunu qeyd edib.

Görüşdə bölgədə təhlükəsizlik mühitinə diqqət yetirilib. Baş nazir, Gürcüstanın Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi prosesinə mühüm töhfə verən Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq qaldığını qeyd edib.

Federal kansler Almaniyanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini təsdiqləyib.

Həmçinin, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə toxunulub. Baş nazir qeyd edib ki, qanun layihəsinin nəzərdə tutduğu yeganə şey qeyri-hökumət təşkilatları tərəfindən hər il maliyyənin ictimailəşdirilməsidir.

Təkbətək görüşdən sonra danışıqlar hər iki ölkənin hökumət üzvlərinin iştirakıyla geniş tərkibdə davam etdirilib.

Müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, hüquq-mühafizə, mədəniyyət, təhsil və elm sahələrində müsbət əməkdaşlığa, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərinə toxunulub.

İrakli Kobaxidze Olaf Şoltsu Gürcüstana rəsmi səfərə dəvət edib” – məlumatda qeyd olunub.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə görə yenidən böyük yürüş planlaşdırılır
Öncəki yazı
Fənərbağça səfərdə Olimpiakosa məğlub oldu – 3:2 – VİDEO