“Türkiyə olmasa, Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə hansısa proses baş verə bilməz”.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə şagirdlərlə görüşündə deyib.
O bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.
Nazir son dövrdə görülən işlərdən də danışıb: “Bəziləri “TCG Anadolu” desant gəmisini, “Togg” milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. “ATAK-1” helikopterini istehsal etmişdik. İndi “ATAK-3” ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq”.