This is a specific ad

İrakli Kobaxidze Tbilisidəki Cümə məscidində olub – FOTOLAR

132

Another advertisement

Bu gün Gürcüstanın baş naziri İrakli Kobaxidze diplomatik korpusun nümayəndələri ilə birlikdə Tbilisinin Cümə məscidində olub.

QafqazTürk.com xəbər verir ki, Baş nazir məscidə toplaşan müsəlman din xadimləri və camaatla görüşərək Ramazan bayramı münasibətilə təbrik edib.

Bu gün sizinlə, müsəlman qardaşlarımızla birlikdə olmaqdan şadam. Hamınızın xüsusi bir şəkildə qeyd etdiyiniz, inancınızın ən böyük bayramı olan Ramazan bayramı münasibətilə bu gün sizi ürəkdən təbrik edirəm. Sizinlə birlikdə Gürcüstanda yaşayan hər bir müsəlmanı, müsəlman icmamızın hər bir nümayəndəsini təbrik etmək istəyirəm.
Biz çoxəsrlik tarixi əlaqələr, Gürcüstanda yaşayan gürcü xristianları ilə müsəlmanlar arasında qurulan qardaşlıq münasibəti ilə fəxr edirik. Sizin bənzərsiz mədəniyyətiniz ölkəmizin mədəniyyətinin tərkib hissəsidir.
Biz əsrlər boyu birgə çalışmışıq, ümumi vətənimizin rifahı, onun tərəqqisi və inkişafı üçün birgə mübarizə aparmışıq. Bu, bizim böyük qayğı göstərdiyimiz və gələcəkdə də qayğı göstərəcəyimiz münasibətdir, qardaşlıqdır. Bu gün sizi bir daha təbrik etmək istəyirəm. Bu gün sizinlə olmaqdan çox xoşbəxtəm. Hər birinizə və ailənizə firavanlıq, xoşbəxtlik arzulayıram. Sizi təbrik edir və çox sağ olun deyirəm”, – deyə baş nazir qeyd edib.

Bununla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Ümumgürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev və Qərbi Gürcüstan müftisi Adam Şantadze də Tbilisi məscidinə toplaşan ictimaiyyət qarşısında çıxış ediblər.

Müsəlman Şöbəsinin ruhani rəhbərləri baş nazirə bayram münasibətilə təbrik etdiyinə görə təşəkkürünü bildirib, müsəlmanların qarşısında duran zəruri məsələlər, problem və çətinliklərdən danışılıb, xatirə hədiyyəsi təqdim ediblər.

Kateqoriya: Din
Sonrakı yazı
Gürcüstanla Çin arasında viza rejimi ləğv olundu
Öncəki yazı
Baş nazir Tbilisidəki Cümə məscidində olub, müsəlmanları təbrik edib