This is a specific ad

Bu gün 9 Aprel faciəsindən 35 il ötür

96

Another advertisement

Bu gün 9 Aprel faciəsindən 35 il ötür.

1989-cu ilin bu günü Sovet İttifaqı silahlı qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, parlament binası qarşısında Gürcüstanın müstəqilliyi üçün təşkil edilmiş dinc aksiyanı dağıdıb, nəticədə 21 nəfər həlak olmuş, yüzlərlə vətəndaş naməlum tərkibli qazla zəhərlənib.

Faciədən 2 il sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstanın dövlət müstəqilliyini bərpa etdiyini elan etdi.

35 il əvvəl baş verən qanlı hadisələrdə əsasən qadınlar, o cümlədən məktəblilər həlak olublar:

  • Tamar Çovelidze – 16 yaş
  • Aza Adamia – 22 yaş
  •  Natia Başaleişvili – 16 yaş
  • Eka Bejanişvili – 15 yaş
  • Nato Qiorqadze – 23 yaş
  • Tamuna Dolidze – 28 yaş
  • Tina Enukidze – 70 yaş
  •  Nino Toidze – 22 yaş
  • Zaira Kikvidze – 61 yaş
  • Manana Loladze – 34 yaş
  • Tamar Mamulaşvili – 50 yaş
  • Venera Metreveli – 45 yaş
  • Mamuka Nozadze – 21 yaş
  •  Nana Samarquliani – 41 yaş
  • Şalva Kvasovriaşvili – 35 yaş
  • Marina Çxoniya-Samarquliani – 31 yaş
  • Eliso Çipaşvili – 25 yaş
  • Nodar Canqiraşvili – 40 yaş
  • Mzia Çinçaradze – 43 yaş
  • Manana Melkadze – 26 yaş
  • Qia Karseladze – 25 yaş
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
9 აპრილის ტრაგედიიდან 35 წელი გავიდა
Öncəki yazı
Qardabanidə bayram bağlamaları paylanılıb – FOTOLAR