Another advertisement
“Gürcüstanın paytaxtı Tiflisdə yeni beynəlxalq hava limanı tikiləcək”.
QafqazTürk.com xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.
“Hazırki hava limanının tutumu təxminən 4-4,5 milyon sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var, ziyarətçilərin yüksək artımı gözlənilir, buna infrastruktur kömək etməlidir. Bizim iki variantımız var idi: mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini tikmək. Mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1,26 milyard dollara başa gələcək. Genişləndirmə daha inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19-a çatdıracaq”, – deyə İrakli Kobaxidze bildirib.