Bu gün Marneuli rayonunun Sadaxlı kəndində iftar süfrəsi açılıb.
QafqazTürk.com xəbər verir ki, Səadət Xeyriyyə Vəqfinin təşkilatçılığı ilə baş tutan iftar axşamında Marneuli şəhər meri Kənan Ömərov və meriya nümayəndələri, Marneuli bələdiyyə məclisi sədrinin müavini Rövşən İsgəndərov, Ümumgürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndələri Anar Rəsulov və Eldar Bayramov, Türkiyənin Gürcüstandakı səfirliyinin dini işlər üzrə müşaviri Mahmut Göl, Sadaxlı kəndinin və ətraf kəndlərin sakinləri iştirak ediblər.
İftar süfrəsi əzanın oxunmasıyla başlayıb.
Sonra isə Qonaqlar çıxış edərək Sadaxlı kənd əhalisini müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik ediblər.