Another advertisement
Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
“Tunellərdə 22-dən çox oturacağı olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqulu, yarımqoşqulu motorlu nəqliyyat vasitələri və M3 kateqoriyalı avtomobillər birtərəfli hərəkət edəcək”, – məlumatda deyilir.