This is a specific ad

Bolnisi rayonunun Kəpənəkçi kəndində iftar süfrəsi açılıb – FOTOLAR

130

Another advertisement

Bolnisi rayonunun Kəpənəkçi kəndində iftar süfrəsi açılıb.

QafqazTürk.com xəbər verir ki, Bolnisi bələdiyyə məclisinin üzvü, deputat Mahir Bayramovun təşkilatçılığı ilə baş tutan iftar süfrəsində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirliyinin dini işlər üzrə müşaviri Mahmut Göl,  Bolnisi bələdiyyə məclisinin sədri Tamaz Jorjoliani, Bolnisi meri Davit Şerazadişvili, deputat Qoqi Meşveliani, Ümumgürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan üzrə müfti Etibar Eminov, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın sədri Hüseyn Yusubov ilə əməkdaşları və yerli icma nümayəndələri iştirak ediblər.

İftar axşamı məclisi Quran-i-Kərimdən surələrin oxunması ilə başlayıb. Ardınca isə səfir Faiq Quliyev, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Bolnisi rayonunun meri Dato Şerazedişvili, deputat Mahir Bayramov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov, tarixçi alim, parlamentin sabiq deputatı Ramiz Bəkirov və başqaları çıxış edərək, Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik ediblər.

İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edilib, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu vurğulanıb.

 

Kateqoriya: Din
Sonrakı yazı
Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa edilib
Öncəki yazı
Gürcüstanla Rusiya arasındakı sərhəd-keçid məntəqəsi bağlandı