This is a specific ad

Ramazan bayramında cəzaçəkmə müəssisələrinə göndərilə biləcək ərzaqlar – SİYAHI/FOTO

71

Another advertisement

Bütün Gürcüstan Müsəlmanları İdarəsi ötən bayramlarda olduğu kimi, bu il də qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar müsəlman məhkumlar üçün bayram yeməklərinin qəbulu ilə bağlı xüsusi penitensiar xidmətə müraciət edib.

QafqazTürk.com xəbər verir ki, Xüsusi Penitensiar Xidməti Müsəlmanlar İdarəsinin müraciətinə baxaraq, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 10-11-12 aprel tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının müəssisələrə buraxılmasına icazə verib.

Ramazan bayramı ilə əlaqədar müəssisələrdə icazə verilən qidaların siyahısı:

1. Soyutma ət – 3 kq.
2. Plov – 2 kq.
3. Pendir – 2 kq.
4. Üzüm qurusu əlavə olunmuş tort
5. Qızardılmış və soyutma toyuq əti.
6. Xiyar-pomidor 3 kq.
7. Meyvə – 5 kq.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Stoltenberq Gürcüstanda “Xarici agentlər haqqında” qanunun yenidən təqdim edilməsinə qarşı çıxıb
Öncəki yazı
Ölkədə tikinti materiallarının qiyməti artıb – STATİSTİKA