Another advertisement
2024-cü ilin fevral ayında Gürcüstanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikinti materialları 2,5% bahalaşıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə tikinti materiallarının qiymətindəki artım tikinti maya dəyəri indeksinin dəyişməsinə ümumilikdə 1,4% təsir edib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə tikinti xərcləri indeksi 2,6%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 9,9% artıb.