Another advertisement
2024-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə tikinti sektorunda maaşla fəaliyyət göstərən işçilərin orta nominal əmək haqqı 16,7% artıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Bundan əlavə, 2024-cü ilin fevral ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti sektorunda fəaliyyət göstərən işçilərin orta nominal əmək haqqı 46,8% artıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə tikinti xərcləri indeksi 2,6%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 9,9% artıb.