Another advertisement
Martın 30-dan Tbilisidə beş bələdiyyə nəqliyyat marşrutuna avtobuslar əlavə olunacaq və gözləmə müddəti azalacaq.
QafqazTürk.com xəbər verir ki,bu barədə Tbilisi meriyası məlumat yayıb.
N309, N310, N370, N381 və N388 marşrutları üzrə avtobusların sayı artır. İlk iki marşrut üzrə gözləmə müddəti 8 dəqiqəyə, N370-də 15 dəqiqəyə, N381-də 17 dəqiqəyə, N388-də isə 10 dəqiqəyə enəcək.
Məlumata görə, 50 ədəd 18 metrlik avtobuslar paytaxt əhalisinə xidmət etdikdən sonra buraxılan resurs ən böyük yükün sabit olduğu marşrutlar üzrə paylanır. Bunlar əvvəllər N301, N302, N308 və N314-də işləyən 12 metrlik avtobuslardır.
24 müxtəlif marşrut xəttinə avtobusların əlavə edilməsi prosesi martın 23-dən başlayıb və aprelin 6-da yekunlaşacaq.