This is a specific ad

Faxralı kəndində iftar süfrəsi açılıb – FOTOLAR

711

Another advertisement
Bu gün Bolnisi rayonunun Faxralı kəndində Bolnisi rayon müftiliyinin, Ümumgürcüstan Müsəlmanlar İdarəsinin Şərqi Gürcüstan müftiliyinin təşkilatçılığı ilə və yerli iş adamlarının dəstəyi ilə iftar süfrəsi açılıb.
QafqazTürk.com xəbər verir ki, iftar süfrəsində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirinin üçüncü katibi cənab Ali İhsan, Türkiyə səfirliyinin dini müşaviri Mahmud Göl, Bolnisi bələdiyyəsinin meri David Şeradazişvili, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və kənd əhalisi iştirak ediblər.

İftar məclisini Bolnisi müftisi Adil Nəbiyev açaraq dəvətlərini qəbul edib gəldiyinə görə hər kəsə təşəkkürünü bildirdi. Adil Nəbiyev daha sonra çıxış üçün Ümumgürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminova söz verdi. Dəyərli müftimiz 11 ayın sultanı Ramazan ayı ilə əlaqədar məclis iştirakçılarına geniş məluat verdi.
Sonra isə Adil Nəbiyev Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quliyevə, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Kazım Kartala, Marneuli meri Kənan Ömərova, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın sədri Hüseyn Yusubova çıxış üçün söz verib.

Natiqlər çıxışlarında Müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, iftar iştirakçılarının oruclarının qəbul olunmasını arzu ediblər.

Kateqoriya: Din
Sonrakı yazı
“Traktor Sazi Təbriz” komandasının azarkeşlərinin yeni şüarı – NE MUTLU TÜRKÜM DİYENE – VİDEO
Öncəki yazı
Türkiyədə içməli su xəttinin inşası zamanı çökmə baş verdi: İşçilər torpaq altında qaldılar