This is a specific ad

Nikol Paşinyan Azərbaycan-Ermənistan münasibətlərindən danışıb

84

Another advertisement

Biz Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün bütün addımları atırıq“.

QafqazTürk.com xəbər verir ki, o, bu barədə Baş nazir İrakli Kobaxidze ilə birgə keçirdiyi birgə brifinqdə bildirib.

Mən bu gün həmkarıma Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə əlaqədar prosesləri və fikirlərimizi də təqdim etdim. Biz bir daha təsdiq etdik ki, Ermənistan sülh və sabitlik naminə hər şeyə hazırdır və bu istiqamətdə üzərimizə düşən məsuliyyəti öz üzərinə götürür. Mən vurğulamaq istərdim ki, biz Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün bütün addımları atırıq. Biz, 3 prinsipi ən yüksək səviyyədə rəhbər tutmağa razılaşdıq. Hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, Azərbaycan və Ermənistan arasındakı Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi və iki ölkə arasındakı münasibətlər bu prinsiplər əsasında nizamlanmalıdır. İnanırıq ki, qonşu ölkəmizə təklif etdiyimiz bu layihə Azərbaycanla strateji əlaqələrin qurulması üçün gələcək əməkdaşlığın başlanğıc nöqtəsi olacaqdır. Gürcüstan nəinki münasibətlərimizin normallaşmasında maraqlıdır, həm də praktiki olaraq bizimlə Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsinə kömək etməyə çalışır.
Cənab Baş nazir, cənab İrakli, yekun olaraq demək istərdim ki, Ermənistan və Gürcüstan arasındakı dinamik inkişaf edən əlaqələrimiz məni çox qane edir. Sizi əmin etmək istəyirəm ki, biz mövcud olanlarla kifayətlənməmək və əlaqələrimizdə yeni üfüqlər açmaq üçün əlimizdən gələni edəcəyik. Bir daha İrəvana xoş gəlmisiniz, səfərə və bu məhsuldar söhbətlərə görə təşəkkür edirəm”, – deyə Nikol Paşinyan bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“ვლადიმერ პუტინი ბანდიტია” – ჯო ბაიდენი
Öncəki yazı
Nikol Paşinyan: “Ermənistanla Gürcüstan arasındakı dinamik inkişaf edən əlaqələrimizdən çox razıyam”