Gürcüstan Parlamentinə dini azlıqlara mənsub insanlara öz dini bayramlarında istirahət etmək imkanı verilməsini nəzərdə tutan qanunlayihəsi təqdim edilib.
QafqazTürk.com xəbər verir ki, “Əmək Məcəlləsi”nə və parlamentin reqlamentinə nəzərdə tutulan dəyişiklikləri parlamentin müxalifətçi deputatı Tariel Nakaidze hazırlayıb.
Nakaidzenin qanunvericilik təşəbbüsünü nəzərə alaraq, işçinin “Əmək Məcəlləsi” ilə nəzərdə tutulmuş istirahət günlərindən əlavə, öz dini bayramını (pravoslav bayramları istisna olmaqla) qeyd etmək üçün ildə iki əlavə istirahət günü istifadə etmək hüququ var.
Əsasnaməyə təklif olunan dəyişikliyə gəldikdə isə, dini bayramlarını qeyd etdiyinə görə iclasları buraxan digər konfessiyalardan olan deputatlar məzuniyyətdə sayılacaq və maaşlarından 10 faiz tutulmayacaqlar.
Qanunlayihəsi büronun bu gün keçiriləcək iclasında təqdim ediləcək.