This is a specific ad

Banan qabığının FAYDALARI

50

Another advertisement

İstehlak etdiyimiz zaman qabığını zibil qabına atdığımız meyvələrdən biri də banandır.

Bananın meyvəsi orqanizm üçün zəruri olan bir çox vitamin və minerallarla zəngin olmaqla yanaşı, qabığının da saysız-hesabsız faydaları var.

QafqazTürk.com bu meyvənin qabığından səmərəli istifadə edilməsi ilə əlaqdar qida mütəxəssislərinin tövsiyələrini təqdim edir:

Ayaqqabıların cilalanmasında..

Banan qabıqları dəri və ya süni dəri ayaqqabıları parıldatmağın ən təbii yollarından biridir. Belə ki, qabığın içini ayaqqabılarınıza sürtməklə onlara parlaqlıq bəxş edə bilərsiniz. Üstündən yumşaq bir parça ilə silməklə hətta cızıqları da yox etmək mümkündür. Beləcə ayaqqabılarınız yeni kimi görünəcək. Bu proseduru yetişməmiş bananın qabığı ilə yerinə yetirmək daha effektli nəticə verər.

Ayaqların nəmləndirilməsində…

Banan qabıqlarında amin turşuları, A, B, C və E vitaminləri var ki, quru, qaşıntılı dəriyə müalicəvi təsir göstərir. Həmçinin, dabanınız çatlamışsa və ya barmaqlarınızın arasında quruluq, qaşınma və qızartı varsa, banan qabığı dərinizə çox faydalı ola bilər. Bunun üçün qabıqları həmin nahiyələrə sürtmək kifayətdir. Bir neçə prosedurdan sonra ipək kimi yumşaq və hamar ayaqlarınıza heyran qalacaqsınız.

Gözaltı şişkinliyin aradan qaldırılmasında…

Sirr deyil ki, banan və qabığı bir çox gözəllik və dəri məhsullarında inqridient kimi istifadə olunur. Belə ki, banan dərini yumşaldan ən gözəl vasitədir. Həmçinin, qara nöqtələrin və çapıqların solmasına kömək edən E vitamini ilə zəngindir. Gözaltı şişkinliyi azaltmaq üçün də banan qabığından istifadə ideal nəticə verir. Əvvəlcə bananın qabığını maksimum 5-10 dəqiqə soyuducunun buz dolabında saxlamaq, sonra isə xırda hissələrə bölüb gözlərin altına qoymaq lazımdır. 20-30 dəqiqə gözlədikdən sonra götürüb, üzü toniklə silmək məsləhətdir. Belə bir qulluq vasitəsi yaşlanmanın qarşısını almağa kömək edən ideal bir antioksidantdır.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Ev tozu xərçəngə SƏBƏB OLUR
Öncəki yazı
Kaladze namizəd statusu ilə bağlı: bizə status verməsələr də, problem deyil