Another advertisement
“Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən 11 nəfər saxlanılıb“.
QafqazTürk.com xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Rusiya Federal Təhqiqatlar Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ölkə başçısı Vladimir Putinə “Crocus City Hall”dakı terror aktında iştirak edən 11 nəfərin, o cümlədən dörd terrorçunun saxlanılması barədə məlumat verib”, – deyə məlumatda bildirilib.
Bununla yanaşı, saxlanılanların 4-ünün şəxsiyyəti məlum olub.
▪️Məhmədrəsul Nəsridinov – 37 yaş
▪️Rivojidin İsmonov -51 yaş
▪️Shoxinjonn Safolzoda – 21 yaş
▪️ Rüstəm Nəzərov- 29 yaş.
Onların hamısı Tacikistan vətəndaşıdır.