Martın 21-də etnik azərbaycanlılar milli bayram olan Novruz bayramını təntənəli şəkildə qeyd ediblər.
QafqazTürk.com xəbər verir ki BMT bu günki günə beynəlxalq status vermişdir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Nazirlər Kabinetinin üzvləri və yerli hökumət nümayəndələri ilə birlikdə Marneulidə Novruz Bayramına həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
Tədbirdə Türkiyə Respublikasının səfiri Ali Kaan Orbay, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, millət vəkilləri, yerli özünüidarəetmə orqanlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Təntənəli tədbir Marneulidə, Marneulinin mərkəzi küçəsində, meriya binasının yaxınlığında qeyd edilib.
Kvemo Kartlinin parlament nümayəndələri, ziyalılar, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri tədbir iştırakçılarını çıxışları ilə təqdim ediblər.
Baş nazirin və digər rəsmi şəxslərin çıxışından sonra bayram şənliyi Azərbaycan milli rəqsləri, musiqi nömrələri, idman və mədəniyyət nömrələrindən ibarət müxtəlif maraqlı proqramlarla davam edib. Əl işləri sərgilənib, Azərbaycan etnosuna xas məhsulların təqdim olunduğu etnik guşə yaradılıb.
“Gürcüstan Azərbaycanlıları Konqresi baş nazir İrakli Kobaxidzeyə və bütün iştirakçılara xalqımızın mədəniyyətinə, adət-ənənələrinə və milli dəyərlərinə verdiyi qiymətə görə təşkilatımız və cəmiyyətimiz adından təşəkkür edir”. – deyə Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Hüseyn Yusubov xbər portalımıza müsahibəsində bildirib.