Another advertisement
NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.
QafqazTürk.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, – deyə Stoltenberq bildirib.
O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.
Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonra isə Gürcüstan və Ermənistana səfər edib.