Another advertisement
Novruz Bayramı ilə əlaqədar olaraq 2024-cü ilin 20-26 mart tarixlərində qeyri-iş günləri olması səbəbindən Azərbaycanın Gürcüstandakı səfirliyi və onun konsulluq bölməsi 7 gün fəaliyyət göstərməyəcək.
QafqazTürk.com xəbər verir ki,bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi öz səhvəsində rəsmi paylaşım edib.
Hansısa fövqəladə və təcili hallar üçün +995555250993 nömrəsi ilə əlaqə saxlamaq xahiş edilib.