This is a specific ad

DİQQƏT! – TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

87

Another advertisement

Gürcüstan hökumətinin “Ali təhsil haqqında” qanuna dəyişiklik edilməsi üçün hazırladığı qanunlayihəsi artıq parlamentdə qeydiyyatdan keçib.

QafqazTürk.com xəbər verir ki, dəyişikliyə əsasən, ali təhsil müəssisələrində tədris qismən distant xarakter daşıyır. Bundan əlavə, hökumət 2025-ci ildən bakalavr pilləsini 3 il, magistratura pilləsini isə 1 illik etməyi planlaşdırır. Mövcud məlumata görə, dəyişiklik birinci mərhələdə biznesin idarə edilməsi üzrə təhsil proqramına təsir edəcək.

Qeyd edək ki, 1 illik magistraturaya ümummagistratura imtahanı olmadan daxil olmaq mümkün olacaq, lakin namizəd qrant almaq istəyirsə, ümummagistratura imtahanından keçməlidir.

Bakalavriat, magistratura və doktorantura pillələrində elektron təhsilə qismən icazə veriləcək. Proqram yenidən akkreditasiya olunarsa, magistraturada tam elektron qaydada təhsil almaq mümkün olacaq və nazirlik elektron təhsil komponentindən qismən və ya tam istifadənin mümkün olacağı təhsil sahələrinin siyahısını müəyyən edəcək.
Ən azı 60 kreditdən ibarət (tənzimlənən təhsil proqramları istisna olmaqla) magistratura proqramını hazırlamaq mümkün olacaq və onun başa çatması isə doktoranturada təhsilin davam etdirilməsi üçün əsas olmayacaq.
60 kreditlik magistraturaya qəbul üçün ümummagistratura imtahanı lazım olmayacaq. Ən azı 60 kreditlə magistraturaya qəbul zamanı tələbə üçün hərbi xidmət cəmi 1 il təxirə salınacaq.
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə 2026-cı ilə qədər onlayn universitetin konsepsiyasını/modelini və standartını hazırlamağı tapşıracaq qanunvericilik tənzimləməsi olacaq”, – deyə qanunvericilik sənədində qeyd edilib.

Kateqoriya: Təhsil
Sonrakı yazı
Ölkədə cəmi neçə videokamera var? – Maraqlı statistika
Öncəki yazı
Türkiyə şəhid verdi – 4 yaralı var