This is a specific ad

Potidə radioaktiv maddələrin satılması faktının qarşısı alınıb – ƏTRAFLI

53

Another advertisement

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 2 milyon dollara uran satmağı planlaşdıran şəxsi saxlayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat İdarəsinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radioaktiv maddənin qanunsuz satışına cəhd faktı üzrə bir nəfəri saxlayıb”, – məlumatda deyilir.

Bildirilib ki, saxlanılan şəxs Poti şəhərində radioaktiv maddə satmağa cəhd edib.

Faktla əlaqədar cinayət işi başladılıb. Təqsirləndirilən şəxsi 10 ilədək həbs cəzası gözləyir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat İdarəsi tərəfindən aparılır.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Angela Merkel: Soyuq müharibə hələ bitməyib
Öncəki yazı
Gürcüstanın Avroviziya 2023-də təmsilçisi kimdir?