This is a specific ad

Gürcüstanın baş naziri Azərbaycan Respublikasının baş naziri ilə görüşüb

92

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşün əsas mövzuları iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq olub.

Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hökumət başçısı kimi onun Bakıya ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət yetirilib. Orta dəhlizin, o cümlədən yüklərin daşınması baxımından əhəmiyyəti qeyd edilib. Tərəflər iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının xüsusi rolundan danışıb və görüşün yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd ediblər.
Regionda sabitliyin və sülhün bərqərar olmasının xüsusi əhəmiyyəti və bu prosesdə konstruktiv dialoqun rolu vurğulanıb.

Baş nazir Gürcüstan hökumətinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu diqqətə çatdırıb.

İrakli Kobaxidze Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib.

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
კობახიძემ ჰეიდარ ალიევის და მისი მეუღლის ხსოვნას პატივი მიაგო
Öncəki yazı
GAK sədri Hüseyn Yusubovun BBC NEWS-Azərbaycanca-ya müsahibəsi