This is a specific ad

GAK sədri Hüseyn Yusubovun BBC NEWS-Azərbaycanca-ya müsahibəsi

59

Another advertisement

Gürcüstanın Aİ-yə üzvlüyü artan dinamika ilə inkişaf edən ölkə iqtisadiyyatı üçün yaxşı fürsət olacaq”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov BBC-Azərbaycanca-ya müsahibəsində deyib.

GAK sədrinin sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlüyü artan dinamika ilə inkişaf edən ölkə iqtisadiyyatı üçün yaxşı fürsət olacaq.

Onun fikrincə, Şərqi Avropa ölkələrinin iqtisadi vəziyyətindən heç də geri qalmayan Gürcüstan üçün aşağı faizlə yüksək kreditlər hesabına daha böyük maliyyə resursları əldə etmək ölkədə tibb, sənaye, təhsil və digər sahələrdə inkişafa səbəb olacaq.

Amma Yusubov bildirir ki, Gürcüstan azərbaycanlılarını narahat edən məsələlər də var:

Gürcüstan bizim vətənimizdir, Azərbaycan və Türkiyə isə bizim milli dövlətlərimizdir. Biz bilirik ki, bu iki dövlət Avropa İttifaqından kənarda saxlanılır. Bizim Azərbaycan və Türkiyəyə gediş-gəlişimizdə problem yarana bilər. Bizi narahat edən məsələlərdən biri də budur”.

Hüseyn Yusubov hesab edir ki, Avropadakı siyasi və iqtisadi prosesləri də yaxşı qiymətləndirmək lazımdır:

Avropanın aparıcı ölkələrində, əsasən də Qərbi Avropada son bir neçə seçimdə neofaşistlərin topladığı səslər artır.

Bu ilin may ayında Avropada parlament seçkilərində neofaşistlərin ciddi nəticələr əldə edəcəyi proqnozlaşdırılır. Bunun olacağı təqdirdə onlar bizi Avropa İttifaqında görmək istəməyə bilərlər.

Ya da biz istəyərəkmi ki, bizə faşistlər yol göstərsin, Gürcüstanın başı neofaşistlərin idarə elədiyi bir quruma bağlansın?..

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstanın baş naziri Azərbaycan Respublikasının baş naziri ilə görüşüb
Öncəki yazı
საქართველოს პრემიერ-მინისტრი ოფიციალური ვიზიტით აზერბაიჯანის რესპუბლიკას ეწვია