This is a specific ad

Hakan Fidan: “Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik”

66

Another advertisement

Türkiyə xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək gözlədiklərini bildirib.

QafqazTürk.com xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında danışan nazir Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirdiklərini və bu münasibətlə təbrik etdiklərini deyib.

Türkiyə XİN başçısı Qarabağ zəfərinin aşkar etdiyi reallıqlardan söz açıb.

Zəfər yeni reallıqlar yaradıb. Artıq bölgədə dayanıqlı sülhü təmin etmək mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi məlumatlandırdı”.

Qəzzada baş verənlərə münasibət bildirən nazir deyib ki, təcili atəşkəs elan edilməlidir.

Türkiyə XİN başçısı vurğulayıb ki, İsrail-Fələstin müharibəsi ikidövlətli həll yolu ilə sonlanmalıdır.

Kateqoriya: Dünya
Sonrakı yazı
საქართველოს საჰაერო კოდექსში ცვლილებები შედის
Öncəki yazı
“1+4” təhsil proqramı çərçivəsində tələbələrin maliyyələşdirilməsinin həcmi 2 dəfə artıb