2024-2025-ci dərs ilindən 1+4 gürcü dili hazırlığı üzrə təhsil proqramına daxil olan tələbələrin dövlət təhsil qrantı ilə maliyyələşdirilməsi iki dəfə artırılıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvarinin qərarında qeyd edilib.
Qərara əsasən, hər il 100 azərbaycandilli və 100 ermənidilli tələbə maliyyələşdirilirdisə, indi 200 azərbaycandilli və 200 ermənidilli tələbə üçün təhsil maliyyələşdiriləcək.
Qeyd edək ki, Azərbaycan və ermənidili testlərinin nəticələrinə əsasən “1+4” təhsil proqramına daxil olan tələbələrin maliyyəsi 450 min lari maliyyələşirdisə, hər il bu maliyyələşmənin həcmi artacaq.
“Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əsas prioritetlərindən biri etnik azlıqların nümayəndələrinin təhsilə çıxış imkanlarının artırılmasıdır. “1+4” təhsil proqramı çərçivəsində tələbələrin maliyyələşdirilməsinin həcminin iki dəfə artırılması da bu məqsədə xidmət edir.