Another advertisement
Azərbaycan Respublikasında səfərdə olan Təhsil, Elm və Gənclər Komitəsinin sədri Givi Mikanadze Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki, ikitərəfli görüşdə Gürcüstan və Azərbaycan parlamentlərinin yaxınlaşması və əməkdaşlığın dərinləşdirilməsi yollarından danışılıb, sahə komitələrinin birgə fəaliyyəti ilə əlaqədar məsələlər müzakirə edilib.
Givi Mikanadze Avropa Şurası Parlament Assambleyasının daimi nümayəndə heyətinin üzvü kimi Assambleyada Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq məsələlərinə diqqət çəkib.
Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.