This is a specific ad

15-18 mart tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

71

Another advertisement

Gürcüstanda martın 15-i günün sonuna kimi isti və yağmursuz hava şəraitinin davam edəcəyi, günün sonundan isə martın 18-dək arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məılumata əsasən, martın 16-da Tbilisidə yağış yağacaq, güclü külək əsəcək, martın 17-də və 18-də hava yağmursuz keçəcək. Temperatur gündüz +14, +16 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): martın 15-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu +17, +19 dərəcə isti təşkil edəcək. Martın 16-dan 17-si səhərədək yağış yağacaq, martın 18-də hava şəraiti mülayimləşəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): martın 15-də havanın isti və yağmursuz keçəcəyi, 16-da isə yağış yağacağı gözlənilir. Martın 17-də səhər buludlu olacaq, martın 19-dək hava şəraitinin yağmursuz keçəcəyi ehtimal edilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): martın 15-də hava şəraitinin yağmursuz keçəcəyi, hava temperaturunun +15, +17 dərəcə isti təşkil edəcəyi gözlənilir. Martın 16-da yağış yağacağı, martın 17-də səhər saatlarında havanın yağmursuz keçəcəyi, martın 19-da isə hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): martın 15-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 16-da isə qar yağacağı gözlənilir. Martın 17-də səhər buludlu olacaq, martın 19-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) martın 15-də yağmursuz, martın 16-17-də bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti üstünlük təşkil edəcək. Martın 18-də hava mülayimləşəcək. Hava temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): martın 15-də hava yağmursuz keçəcək, martın 16-da isə yağış yağacaq. Martın 17-18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): martın 15-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 16-17-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Martın 18-də mülayim hava şəraiti olacaq. Hava temperaturu gündüz +8, +13 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): martın 15-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 16-17-də bəzi ərazilərdə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycan Prezidenti: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”
Öncəki yazı
Liberty Bankdan pensiya kreditləri ilə əlaqədar BƏYANAT