This is a specific ad

Bu gün müqəddəs Ramazan ayı başladı

24

Another advertisement

Xoş gəldin, Ramazan!

Bu gün müqəddəs Ramazan ayı başladı. On bir ayın sultanı sayılan bu ay bu dəfə də ibadət və dualarla müşayiət olundu. Ramazan ayı yeganə aydır ki, onun adı “Qurani-Kərim”də səslənir. “Bəqərə” sürəsinin 183-184-cü ayələrində bariz şəkildə Ramazan ayının uca Allah tərəfindən əmr olunduğu buyrulur: “Ey Allaha iman gətirən kəslər, orucluq sizdən əvvəlki ümmətlərə vacib olunduğu kimi, sizlərə də vacib edildi ki, təqva sahib olasız. Bu ayın müqəddəsliyi ondadır ki, bu ayda uca Allah “Qurani-Kərim”i nazil edib. Məhz, ilk vəhy Ramazan ayına təsadüf edir. “Qurani-Kərim” Ramazanın baharıdır!
Biz, “Qafqaz Türk Media” və Gürcüstan Azərbaycanlıları Konqresi portalı olaraq mənəviyyatı yüksək, bolluq və bərəkət ayı olaraq bilinən Ramazan ayının başlaması münasibətilə Gürcüstan müsəlmanlarını, bütövlükdə isı dünya müsəlmanlarını ürəkdən təbrik edirik!
Oruclarınız qəbul olsun, inşallah!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
დღეს რამადანის წმინდა თვე დაიწყო
Öncəki yazı
2023 წელს საქართველოში ინვესტიციები შემცირებულია