Another advertisement
Macarıstanın yeni Prezidenti Tamas Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.
Bundan əvvəl “Bloomberg“ agentliyi qeyd edib ki, NATO-nun mənzil-qərargahında martın 1-də İsveç bayrağının asılması ilə bağlı planlaşdırılan rəsmi mərasim Macarıstanın yeni prezidentinin ratifikasiyanı imzalamamasına görə təxirə salınmışdı.
Macarıstan parlamenti Stokholmun NATO-ya daxil olması haqqında sazişi ratifikasiya etdiyi gün Şuyok prezident seçildi.