Another advertisement
Tercola bələdiyyəsində, Dzusa çayında 3 nəfər boğularaq ölüb, 1 nəfər isə itkin düşüb.
QafqazTürk.com xəbər verir ki, 4 nəfər Şamtsvera şəlaləsini görmək üçün sözügedən əraziyə gediblər.
Hazırki məlumata görə, 4 nəfərdən biri müvazinətini itirərək suya düşüb. Onun yoldaşları kömək etmək üçün suya girsələr də müvəffəq ola bilməyiblər və nəticədə 3 nəfər denyasını dəyişib, 1 nəfər isə itkin düşüb.
Üç meyit sudan çıxarılıb, biri isə hələ də tapılmayıb.