This is a specific ad

Ərdoğan: “Ermənistanla normallaşmanı Azərbaycanla koordinasiya edəcəyik”

86

Another advertisement

Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəyik“.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb.

Ərdoğan Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını vurğulayıb.

Türkiyə lideri NATO-nun genişlənməsindən, Qəzzadakı müharibədən də bəhs edib. Ərdoğan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması zəruri olduğunu deyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
BMT-dən təcili atəşkəs ÇAĞIRIŞI
Öncəki yazı
Səhiyyə naziri istefa verdi