This is a specific ad

“Yaşıl Düşüncə” təşəbbüs qrupu gənclərlə görüş keçirdi – FOTOLAR

60

Another advertisement

29 fevral tarixində təşəbbüs qrupu “Yaşıl Düşüncə”nin təşkilatçılığı və “QafqazTürk Media”nın media dəstəyi ilə Marneuli və Bolnisidən olan gənclərlə ətraf mühitin mühafizəsi mövzusunda görüş keçirildi.

QafqazTürk.com xəbər verir ki, görüşü “QafqazTürk Media”nın rəhbəri Hüseyn Yusubov çıxış sözü ilə açaraq gənclərlə Marneuli bələdiyyəsində mövcud olan ekoloji problemlər, onunla mübarizə yolları və ətraf mühitin mühafizəsinin vacibliyi haqqında öz fikirlərini bölüşdü.

Görüşün sonunda isə “Yaşıl Düşüncə” tərəfindən elan olunmuş poster müsabiqəsinin iştirakçıları və qalibləri sertifikatlarla və hədiyyələrlə təltif edildi.

Biz, “QafqazTürk Media” olaraq gənclərə uğurlar arzu edirik!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ərdoğan: “Terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq”
Öncəki yazı
Rəcəb Tayyip Ərdoğan: “Fransa terrorun əsas dəstəkçisidir”