This is a specific ad

Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır

56

Another advertisement

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb“.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda un idxalı – STATİSTİKA
Öncəki yazı
Gürcüstanda yanacaq 10-15 tetri bahalaşa bilər