This is a specific ad

Tbilisidə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib – FOTO

46

Another advertisement

Bu gün, 26 fevral tarixində paytaxt Tbilisidə yerləşən Mirzə Fətəli Axundov muzeyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə səfirliyin təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Tbilisidə tanıtım aksiyası baş tutub. Üzərində Xocalı soyqırımının və Qələbəmizin rəmzlərindən ibarət məlumatlandırıcı lövhələr quraşdırılmış avtomobil Tbilisinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.
Avtomobilin üzərində quraşdırılmış elektron lövhələrdə Xocalı abidəsi, xarıbülbül, badam gülü və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə əlaqədar məlumat toplusu əks olunub.

Sonra isə tədbir Gürcüstanda yaşayan ictimai-siyasi xadimlərin, mətbuat nümayəndələrinin və digər qonaqların iştirakı ilə Axundov muzeyində davam etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev:

“Azərbaycanda ermənilərə qarşı nifrət olduğunu iddia edərək Ermənistanda revanşizmi dirçəltməyə çalışanlar və erməni millətçiləri tarixi keçmişlərinə nəzər salmalıdırlar. Bu, onların xeyrinə olar”, – deyib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu gün Su Çərşənbəsidir
Öncəki yazı
Müharibənin başa çatması və sülh müqaviləsi Azərbaycanlılara qarşı soyqırımı törədənləri cinayət məsuliyyətindən azad etmir