This is a specific ad

Gürcüstanda yaşayan azərbaycanlılar birgə bəyanat imzalayıblar – FOTO

80

Another advertisement

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən bir çox ictimai təşkilatlar birgə bəyanat imzalayıblar.

QafqazTürk.com xəbər verir ki, bəyanatın təşkili Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”dir.

Bəyanatı ictimai təşkilatlarla birlikdə Gürcüstan Azərbaycanlıları Konqresi də imzalayıb.

Sözügedən bəyanatı təqdim edirik:

“Biz, Gürcüstanda yaşayan azərbaycanlılar milli vətənimiz – Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq olan Xocalı soyqırımı ilə əlaqədar
Sizə çağırış edirik.
XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək
kifayət edir ki, düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7 min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldı.
Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər.
Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.
Bunların içərisində
– 8 ailə tamamilə məhv edilmişdir;
– 56 insan xüsusi ilə ağır işgəncələrlə öldürülmüşdür;
– 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;
– 25 uşaq hər iki valideynini itirmişdir;
– 130 uşaq valideynlərindən birini itirmişdir;
– 230 ailə öz başçısını itirmişdir;
– 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
– 1275 insan əsir götürülmüşdür;
– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisliklərə son qoyulmalıdır. Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanmış və tanınmışdır. Bu vaxtadək Çex Respublikası, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul etmişdir. Bununla da vətənimiz Gürcüstanın aidiyyatı qurumlarına müraciətimizin nəzərə alınmasına böyük ümid bəsləyirik. Azərbaycan əsilli vətəndaşlar ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni 2 həyatında, istənilən seçkilərdə fəal iştirak edir, siyasi baxışlarına görə öz namizədlərini seçir və dəstəkləyir. Vətənimiz Gürcüstanın inkişafına bütün qüvvəmizlə xidmət edirik.
Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi, Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Bu müzakirə, mandatı bitəcək parlament tərəfindən ədalət naminə sülh qərarı olacaqdır.
Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların – mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız.
İnanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını alacaqdır.
Biz, artıq “Terrora yox” şüarı ilə deyil “Dünyada sülh və barış” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik.
Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə addım atsın.

Bəyanata imza atan ictimai təşkilatlar:

– Gürcüstandakı Azərbaycan Evi
– Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi
– “AZEBİ” Azərbaycanlı İş Adamaları Birliyi
– Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası
– Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
– “QANUN” Hüquqi Yardım Mərkəzi
– “ALYANS” Gənclər Mərkəzi
– Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Asossiyasiyası
– Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi
– Qardabani İnteqrasiya və Təhsil Mərkəzi
– “VARLIQ” Mədəniyyət Mərkəzi
– “QEYRƏT” Xalq Hərakatı
– Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi
– Gürcüstanın Lider Media Təşkilatı
– Gürcüstan Azərbaycanlıları Konqresi
– Təmiz Xəbər Media Təşkilatı
– Elmi Araşdırmalar Asossiyasiyası
– “SALAM” Mədəni Xeyriyyə Cəmiyyəti
– Gürcüstanın Azərbaycanlı Jurnalsitləri Birliyi
– “UNİON” Gənclər Təşkilatı
– Yenidən Qurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz”
– Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan Nümayəndəliyi
– Gürcüstanda Yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi
– Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi
– “SARVAN” Folklor Ansamblı
3
– Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyası
– Marneuli Gənclər Mərkəzi
– Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı
– Borçalı İrəli İctimai Birliyi
– Rustavi Azərbaycanlılarının İctimai Təşkilatı
– Azərbaycanlıların Mədəniyyət Mərkəzi
– Bolnisi Mədəniyyət Mərkəzi
– M.F Axundzadə adına Mədəniyyət Asossiyasiyası
– Gürcüstan İslam Araşdırmaları Mərkəzi
– Borçalı İş Adamaları Birliyi
– Gürcüstan Həmrəylik Hərəkatı
– Gürcüstan Azərbaycanlılarının Gənclər Forumu
– MAARİF-in Hüquqi, Elmi Metodiki Maarfiləndirmə Mərkəzi İttifaqı
– Böyük Birlik Təşkilatı
– Əhli-beyt Cəmiyyəti
– Qarayazı Dirçəliş İttifaqı
– Cəmiyyətin və Təhsilin İnkişafı üçün Vətəndaş Birliyi
– Sadaxlı Mədəniyyət Mərkəzi
– Rustavi Azərbaycanlılarının İctmai Birliyi
– Əmin Xeyriyyə Fondu
– Əhli-beyt Aşiqləri Forumu
– Günəş Qəzetinin Redaksiyası
– MAARİF Jurnal Qəzetinin Redaksiyası
– Ziya Qəzetinin Redaksiyası
– Loğman Təşkilatı
– Yaradıcı Gənclər Akademiyası
– “Dalğa Tv” internet portalı

Bəyanata imza atan ictimai-siyasi və dini xadimlər

– Şeyx hacı Faiq Nəbiyev
– Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayət Hüseynov
– Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz Bəkirov
– Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev
– Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov
– Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev
– Gürcüstan Parlamentinin keçmiş deputatı Əli Məmmədov
– Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov
– Professor Mahmud Kamaloğlu
– İmam Əli Məscidinin axundu Hacı Hacıyev
– İmam Hüseyn Məscidinin axundu hacı Əziz Nəbiyev”.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
საქართველოში მცხოვრებმა აზერბაიჯანელებმა ერთობლივ განცხადებას მოაწერეს ხელი
Öncəki yazı
ძალადობის და მუქარის ფაქტებზე სამართალდამცავი ამხილეს