This is a specific ad

Türkiyədə Çinin xeyrinə cesusluqda şübhəli bilinən 6 nəfər həbs edilib

68

Another advertisement

Türkiyədə Çinin xeyrinə casusluqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Xidməti məlumat yayıb.

Şübhəlilər Türkiyədə yaşayan uyğurlar və onların təşkilatları haqqında məlumat toplayırdılar.

Türkiyə hüquq-mühafizə orqanları hazırda casusluqda ittiham olunan daha bir şəxsi axtarır.

Çinin Sincan Muxtar Bölgəsində əsasən müsəlman olan uyğurlar yaşayır və dünyanın bir çox ölkəsi Çin hökumətini onların hüquqlarını pozmaqda ittiham edir. Rəsmi Pekin isə ittihamları rədd edir.
Onu da qeyd edək ki, Türkiyədə 50 minə yaxın uyğur yaşayır.

Kateqoriya: Dünya
Sonrakı yazı
ფალსიფიცირებული ნახევარფაბრიკატების წარმოების ბრალდებით საგამოძიებო სამსახურმა ერთი პირი პასუხისგებაში მისცა
Öncəki yazı
Çarlz Mişel: “Gürcüstan Avropa İttifaqının tam dəstəyinə malikdir”