Another advertisement
Acarıstan xaçapuri ən yaxşı 50 çörək növünün siyahısına daxil edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə CNN-in məqaləsində bildirilib.
“İmereti və Suluquni pendirində isladılmış Xaçapuri ən yaxşı yeməkdir. Yastı formalı çörək qayıq şəklinə salınmış maya xəmirindən bişirilir. Xaçapuriyə çoxlu pendir və yumurta əlavə edilir“, – deyə məqalədə qeyd olunub.
2019-cu ildə xaçapuri YUNESKO-nun qeyri-maddi dəyərlər siyahısına daxil edilib.
Ən yaxşı 50 çörək növünün siyahısına Acarıstan xaçapurisindən əlavə, həmçinin fransız baget, əfqan bolani yarpağı, Avstraliya mayasız Damper çörəyi, Çili marraketi və s. daxil edilib.