This is a specific ad

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev və nümayəndə heyəti Marneuliyə səfər edib

78

Another advertisement

Azərbaycan Respulikası Milli Məclisinin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev və nümayəndə heyəti Gürcüstana rəsmi səfəri edib.

Rəsmi səfər çərçivəsində Marneuliyə baş çəkən Adil Əliyev və nümayəndə heyəti Kvemo Kartli regionunda yaşayan soydaşlarla görüşüb.

Marneuli “Çay Evi”-ndə keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quliyev, birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş gürcüstanlı şəhidlərin ailə üzvləri, Gürcüstanın ictimai-siyasi xadimləri, ziyalıları, icma nümayəndələri, o cümlədən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov iştirak edib.

Görüşü Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quluyev açıb və geniş məzmunlu çıxışından sonra sözü Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevə verib.

Çıxışı zamanı Adil Əliyev Qarabağ müharibələrində iştirak etmiş Gürcüstan Azərbaycanlılarının Azərbaycan dövlətinə dəstəyindən danışıb.

“Qarabağ müharibələrində iştirak etmiş Gürcüstan Azərbaycanlılarının Azərbaycan dövlətinə, xalqına və ön cəbhədə vuruşan əsgərlərinə böyük dəstəyi daim hiss olunub. “- Adil Əliyev bildirib

A.Əliyev həmçinin bildirib ki, Gürcüstana səfərlərinin əsas məqsədi iki ölkənin parlamentləri arasında əməkdaşlığın gücləndirilməsidir.

“Gürcüstana rəsmi səfərimizin əsas məqsədi iki ölkənin parlamentləri arasında əlaqələr, gənclər və idman siyasətinin inkişafı ilə bağlı məsələhətləşmələr aparmaq, birgə layihələr hazırlamaqdır.” – Adil Əliyev çıxışı zamanı qeyd edib.

Şəkillərin mənbəyi: 24News.ge

Sonrakı yazı
Malatyada zəlzələ olub
Öncəki yazı
30 Aprel Gürcüstanın Müdafiə Qüvvələri günüdür