Fevralın 20-22-də Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən, paytaxt Tbilisidə az yağış yağacağı gözlənilir. Havan temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti,Anaklia, Poti): fevralın 20-21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, fevralın 22-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu +13, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurgeti): fevralın 20-də və 22-də bəzi ərazilərdə yağış yağacağı, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu +13, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): fevralın 20-də və 22-də bəzi ərazilərdə yağış yağacağı, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu +8, +10 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): fevralın 20-də və 22-də bəzi yerlərdə qar yağacağı, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu 5-7 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Hava temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): bəzi ərazilərdə qar yağacaq. Hava temperaturu -1, +1 dərəcə təşkil edəcək.