This is a specific ad

Kaxetidə 1015 hektar kənd təsərrüfatı sahəsi su ilə təmin edilir

55

Another advertisement

Kaxetidə 1015 hektar kənd təsərrüfatı sahəsi su ilə təmin olunacaq.

QafqazTürk.com xəbər verir ki, İşlər Gürcüstanın Meliorasiyası tərəfindən həyata keçirilir.

Hazırda Qurcaani bələdiyyəsində Kvemo Samqori suvarma sisteminin sol magistral kanalının bərpa işləri davam etdirilməkdədir.

Suvarma sisteminin bərpası çərçivəsində 4 km uzunluğunda supaylayıcı kanalın və onun qollarının bərpasını, 25 km uzunluğunda metal boruların təşkili və müxtəlif hidrotexniki qurğuların quraşdırılmasını nəzərdə tutulur.

Layihənin dəyəri 8,7 milyon lari olan layihə dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Bərpa olunan suvarma sistemi vasitəsilə Qurcaani bələdiyyəsinin Kodalo, Araşenda və Darçeti kəndlərinin yataqları suvarılacaq.

İşlərin 2025-ci ilin may ayında başa çatdırılması planlaşdırılır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu gün Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü baş tuta bilər
Öncəki yazı
Baş nazir ilk səfərini Brüsselə edib